"Qarabağ"ın Avro Liqadakı ilk qələbəsi UEFA-nın da diqqətindən qaçmayıb.
ANS PRESS-in məlumatına görə, ali qitə qurumu rəsmi saytında təmsilçimizin uğuru ilə bağlı məlumat yerləşdirib. Xəbərdə bildirilib ki, Muarem Muaremin möhtəşəm qolu "Qarabağ"ın qələbəsini təmin edib.
UEFA-dan bildirib ki, "Qarabağ" UEFA qrup mərhələsində səfər qarşılaşmasında qalib gələn ilk Azərbaycan klubu adını qazanıb.
Bildirilib ki, təmsilçimizin rəqibi "Dnepr" F qrupunda qarşılaşdığı oyunların heç birində qol vura bilməyib və hələlik qələbə qazanmayıb. "Qarabağ" isə qazandığı 4 xalla qrupda "İnter"in ardından ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" 6 noyabr tarixində "Dnepr"lə Bakıda qarşılaşacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?