İspaniyanın "Marca" qəzeti ötən mövsümün La Liqanın ən yaxşılarını müəyyənləşdirib.
gundemxeber.az-ın “qol.az”-a istinadən məlumatına görə, ötən mövsüm ən çox qol vuran "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo "ən məhsuldar futbolçu" adını qazanıb.
"Atletiko" (Madrid) klubunun sabiq qolkiperi Tibo Kurtua "ən yaxşı qapıçı", Dieqo Kosta isə "ən yaxşı hücumçu" mükafatına layiq görülüb.
Madrid təmsilçisinə çempionluq sevinci yaşadan Dieqo Simeone isə ötən mövsümün "ən yaxşı baş məşqçisi" mükafatına yiyələnib.
Sorğu
Yeni dizaynımız necədir?