"Qarabağ" klubu və azarkeşləri aldıqları üzücü xəbər ilə sarsıldılar. gundemxeber.az Milli.Az-a istinadən xəbər verir ki, Türkiyə klubları "Qarabağ"ın qol-qanadını qırmağa çox yaxındır. Belə ki, Muarem Muarem və Leroy Corcun müvafiq olaraq "Əskişəhərspor" ilə "Sivasspor" klublarına transfer olunma söhbəti medianı zəbt edib. "Qarabağ"ın canlı dirəkləri sayılan bu iki futbolçunun getməsi isə klubda ciddi çatışmazlıq yaradacaq. Hamının düşüncəsi Qurban Qurbanovun bu transferlərin reallaşmasına mane olacağı yönündə olduğu halda, gözlənilənlərin əksi baş verdi. Qurbanov hər iki futbolçunun transferinə razılıq verib, yollarını açdı. Bunu "facebook" sosial şəbəkəsində klubun ən böyük fan-səhifəsində qeyd etdilər. Artıq Muarem öz facebook səhifəsində "Qarabağ"la yollarını ayırdığını bəyan etdi və öz fanatları ilə belə sağollaşdı: "Sizi unutmayacam, böyük "Qarabağ" tərəfdarları. Bir gün mütləq görüşəcəyik! Həyatımın ən gözəl anlarından biri "Qarabağ" həmişə ürəyimdə olacaq". Qeyd edək ki, Türkiyə mətbuatı Muaremin ən geci sabah "Əskişəhərsporla" müqavilə bağlayacağını bildirir.
Sorğu
Yeni dizaynımız necədir?