GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » “Hafka”nın dönüşü: müharibə davam edir... - Kəllə-kəlləyə gələn oliqarxiya...

“Hafka”nın dönüşü: müharibə davam edir... - Kəllə-kəlləyə gələn oliqarxiya...

Tarix: 9-03-2015, 22:18 Bölmə :İdman Baxış: 0
“Hafka”nın dönüşü: müharibə davam edir... - Kəllə-kəlləyə gələn oliqarxiya...

Məşhur azərbaycanlı oliqarx, Fransanın “Lans” klubunun sahibi və “Atletiko” (Madrid) klubunun səhmdarı Hafiz Məmmədov bir neçə gün əvvəl sensasion bəyanatla çıxış etdi.

H.Məmmədov digər azərbaycanlı oliqarxı, “Palmali” şirkətlər qrupunun sahibi, Türkiyədə gəmi tikintisi biznesinə və dəniz yükdaşımalarının bir hissəsinə nəzarət edən Mübariz Mənsimovu ona olan borclarını qaytarmağa çağırdı. H.Məmmədov bu səs-küylü bəyanatla AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra çıxış etdi.

Belə təsəvvür yaranır ki, nəinki H.Məmmədov, artıq Mübariz Mənsimov da ciddi maliyyə çətinlikləri ilə üzləşib. Bir neçə həftə əvvəl xarici KİV-lər Mənsimova məxsus gəmilərə həbs qoyulması haqda xəbərlər yaydılar. Və budur, ikinci qalmaqal - bu dəfə M.Mənsimov H.Məmmədova borcludur və qaytarmır. Söhbət 8 milyon dollarlıq borcdan gedir.

Bir sıra mənbələrdən əldə edilən məlumatlara görə, bu borc özəl təyyarənin - “Falcon” tipli reaktiv biznes-jetin alınması üçün bağlanmış müqavilə üzrə öhdəliklərdən yaranıb. M.Mənsimov təyyarəni H.Məmmədovdan alıb.

Bağlanmış müqaviləyə əsasən M.Mənsimov H.Məmmədovun 5 milyon dollarlıq kreditini, üstəgəl bu kreditə olan 4 milyon dollar faiz borcunu bağlamalı idi.

Ancaq “Palmali” Məmmədovun kredit borcunu hələ də bağlamayıb. Görünür, maliyyə böhranı baş gəmiçilik maqnatının da mövqelərinə zərbə vurub. Beləliklə, Hafiz Məmmədov bu səs-küylü bəyanatı ilə Azərbaycanın biznes çevrələrində yenidən öz sözünü dedi.

“Hafka” qayıdır” - kuluarlarda belə pıçıldadılar. Axı bir neçə ay əvvəl real olaraq “Lans” klubunu itirmək təhlükəsi qarşısında qalan nəqliyyat oliqarxının bu cür qətiyyətli hücumunu heç kim gözləmirdi.

Virtualaz.org saytının oxucularına xatırladırıq ki, dekabrın sonlarında haqqin.az Azərbaycanın nəqliyyat nazirinin oğlu Anar Məmmədovun adından “Lans”ın transfer büdcəsi üçün “Point to Point” offşor şirkəti üzərindən 2,5 milyon avronun klubun hesabına necə köçürüldüyü haqda yazmışdı.

“Lans” klubunun prezidenti Jerve Martel o vaxt xəbərdarlıq etmişdi ki, əgər 2014-cü il, dekabrın 31-nə qədər Hafiz Məmmədov klub üçün kritik məqamda bu məbləği ödəyən şəxsə - Anar Məmmədova 2,5 milyon avronu qaytarmasa, o zaman klubun səhmlərinin üçdə iki hissəsinin mülkiyyətçisi Anar olacaq.

Başqa sözlə, nəqliyyat naziri Ziya Məmmədovun oğlu vaxtilə H.Məmmədova 20 milyon avroya başa gəlmiş fransız futbol klubunun xoşbəxt sahibinə çevriləcəkdi. Özü də cəmi 2,5 milyon avroya...

Ancaq Hafiz Məmmədovun təkcə Azərbaycanda yox, Fransada da ictimai rəyi silkələrən səs-küylü bəyanatı “Point to Point” offşor şirkətinin adı altında fransız klubunu cibinə qoymağa çalışan kölgə qruplarının planlarını pozdu. Axı söhbət təkcə nepotizmdən yox, həm də cinayətdən, oliqarxın imzasının saxtalaşdırılmasından gedirdi. Bu isə Fransa polisi üçün açıq-aşkar təhqiqat predmetidir.

Və Jerve Martel yenidən “Lans”ın əsl sahibi ilə danışıqlar masası arxasına əyləşməli oldu. Yəni Hafiz Məmmədovla. Bütün tərəflər, o cümlədən Mertel özü saxta imzanı tezliklə yaddan çıxardılar. Faksmillə göndərilmiş sənəddə sanki heç saxtalaşdırma olmamışdı.

Ancaq saxtalaşdırılmış sənədin müəlliflərinin qəfil amneziyası hər halda “Lans”ı maliyyə və idman baxımından iflasdan xilas etmirdi. H.Məmmədovun, o cümlədən Azərbaycanın idman cəmiyyətinin rəhbərliyinin,- axı burada söhbət təkcə Məmmədovun yox, həm də Azərbaycan hökumətinin reputasiyasından gedir,- “Lans”a 14 milyon avro ödəməsi üçün martın 20-nə qədər vaxtı var. Əks halda Peşəkar Klublara Nəzarət Komissiyası (DSNJ) “Lans”ı sadəcə olaraq diskvalifikasiya edəcək.

Nə qədər paradoksal olsa da söhbət təkcə ölkənin siyasi imicindən getmir - Azərbaycan dəyəri 110 milyon avro olan elit fransız futbol klubunu da itirə bilər.

Əgər H.Məmmədovun gəlişinə qədər klubun bazar dəyəri cəmi 13 milyon avro (fransız ekspertlərinin hesablamalarına əsasən) idisə, indi çoxları kluba 100 milyon avrodan çox ödəməyə hazırdır. Birincisi, H.Məmmədov özü kluba 24 milyon avro xərcləyib, o cümlədən yeni müasir stadionun tikintisi də bura daxildir.

İkincisi, “Lans” II liqadan yüksək liqaya qalxıb və uğurlu futbol komandasına çevrilib.

Bundan əlavə, “Lans” məsələsində sırf siyasi aspekt də var - Lans regionunun ictimai televiziyasının sahibi də Hafiz Məmmədovdur. Deməli, Azərbaycan fransız futbol klubunun mülkiyyətçisi hüququnu əldən buraxmaqla ağlasığmaz imic itkisinə məruz qala bilər.

Ona görə də H.Məmmədov sayılı günlər ərzində daha 14 milyon avro pul ödəməlidir. Əks halda - diskvalifikasiyadır!

Təkcə “Lans”ın taleyi yox, dünya futbolunun liderlərindən olan “Atletiko” (Madrid) klubunun rəsmi sloqanı olan “Land of Fire Azerbaijan” brendinin gələcəyi də ortaya qoyulub. Hər oyunda Azərbaycanı təbliğ edən “Atletiko” ilə müqavilə (yeri gəlmişkən, “Atletiko” Xocalı soyqırımının dünyada tanıdılmasında da fəal iştirak edib) 2015-ci ilin oktyabrında bitir. H.Məmmədov hər il bu brendə 5 milyon avro ödəyib.

Artıq dünyanın lider klublarından birinə çevrilən “Atletiko” bu il 15 milyon avro tələb etdi! (axı “Atletiko” Azərbaycanla hələ bir neçə il qabaq müqavilə bağlamışdı, onda isə maliyyə böhranı yox idi). İndi Azərbaycan və ya Hafiz Məmmədov müqaviləni uzatmaq üçün zəruri olan müvafiq ərizəni maya qədər göndərməlidir. Əgər göndərməsələr, onda Arda Turan, Fernando Torres və digər futbol ulduzları meydana artıq başqa şüarlarla çıxacaqlar. Və heç kim zəmanət verə bilməz ki, onların maykalarının sinəsində Azərbaycan brendi əvəzinə Ararat dağının təsviri olmayacaq. Axı qayda belədir ki, pulu kim ödəyirsə, şüar sifarişini də o verir!

Lakin Azərbaycanın təbliğat-təşviqat maşınının Qərbdəki problemləri təkcə “Atletiko” və “Lans”la da bitmir. Əsası hələ 1889-cu ildə qoyulmuş ən qədim Britaniya futbol klublarından birinin - “Şeffild Uensdey”in gələcəyi də müəmmalı olaraq qalır. Hafiz Məmmədov bu klubu hələ ötən il sözün əsl mənasında bircə saatın içində satın almışdı. Bu da azmış kimi britaniyalıların milli sərvəti və milli qürur mənbəyi olan “Şeffild”in həm prezidenti, həm də İdarə Heyətinin sədri olmuşdu.

Ən maraqlısı odur ki, britaniyalılar kluba sahiblənmək hüququnu H.Məmmədova bir növ avans kimi vermişdilər. Azərbaycanlı oliqarx barədə məlumat toplamaq, onun böyük rezonans doğurmuş “Atletiko” və “Lans” layihələri ilə tanış olmaq kifayət idi ki, Məmmədovun sözlərinə inanasan. Bundan əlavə, bu sövdələşmənin baş tutmasının daha bir həlledici səbəbi vardı. Bu da Azərbaycanın böyük dostu, Monako şahzadəsi Albertin tövsiyəsi idi. İndi isə bu rüsvayçılıqdan şahzadəyə də pay düşür.

Lakin indi elə bir an gəlib yetişib ki, kluba görə pul ödəmək lazımdır. Bu pulu ödəyəcək adam isə yoxdur. Çünki H.Məmmədov indi yalnız “Lans” və “Atletiko” layihələrini necə xilas etmək barədə düşünür, yalnız bununla məşğuldur.

Azərbaycan idmanı uğursuz 2014-cü ildə bax, belə problemlərlə üzbəüz qalıb. Hər şey neftin qiymətinin düşməyindən başladı. Necə deyərlər, dərd gələndə batmanla gəlir...

Lakin belə görünür ki, H.Məmmədov neçə batmanlıq bu ağır dərd yükünün altında qalıb taleyi ilə barışmaq niyyətində deyil. Var gücü ilə müqavimət göstərir.

Buna sübut kimi oliqarxın “Bank of Azerbaijan”ın rəhbəri postuna qayıtması barədəki sensasion xəbəri göstərmək olar. H.Məmmədovun və onun oğlanlarının - bankın əsas səhmdarlarının istefa verməsi barədəki xəbər ötən il bank çevrələrində aydın səmada şimşək effekti yaratmışdı. Bank yeni sahibkarın əlinə keçmişdi.

Bəs sonra nə oldu? Bu yaxınlarda haqqin.az saytında dərc edilən bir yazıda deyilirdi ki, bu bank iflasa uğrayıb. Bankın yeni rəhbərliyi isə ciddi səhvlərə yol verib, kredit ödəmək qabiliyyəti olmayan müştərilərə milyonlarla manat məbləğində kreditlər paylayıb. Bankın yeni rəhbərliyinin yarım illik idarəçiliyi bu müəssisədə maliyyə fəlakəti yaradıb. Nəticədə bankı “Hafka”ya qaytarmaq qərarına gəliblər. İndi o, məşhur futbol klublarında təkcə Azərbaycanın aktivlərini yox, həm də məşhur Azərbaycan bankını xilas etməyə çalışır. “Bank of Azerbaijan”ın nizamnamə kapitalı bu gün haradasa 50 milyon dollardır.

Qaranlıq və dolaşıq labirintə salınıb orada azmış azərbaycanlı oliqarx xilas yolu axtarışı ilə məşğuldur. O, özünü xilas etməyə çalışmır. H.Məmmədovun pulu özünə, bundan sonra da yaxşı yaşamağa bəs edər. Söhbət futbol klublarının, onlarla bərabər isə Azərbaycanın nüfuzunun xilas edilməsindən gedir. “Atletiko” gələn il meydanlara doğrudanmı Ararat loqotipi ilə çıxacaq? Bu suala inamlı cavab vermək çətindir. Azərbaycanlı oliqarx isə labirintdən hələ də çıxmayıb...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mübariz Mənsimov Türkiyənin məşhur klubunun prezidenti ola bilər - HƏTTA 50 MİLYON AVRO DA AYIRACAQ

    Mübariz Mənsimov Türkiyənin məşhur klubunun ...

    25-09-2019, 12:32

  • 
  • Hafiz Məmmədov Fransada futbol klubu alır

    Hafiz Məmmədov Fransada futbol klubu alır ...

    21-04-2013, 15:06

  • 
  • Mübariz Mənsimov UEFA-nı tənqid etdi

    Mübariz Mənsimov UEFA-nı tənqid etdi ...

    23-07-2013, 13:07

  • 
  • Mübariz Mənsimov Türkiyədə saxlanıldı - Yenilənib

    Mübariz Mənsimov Türkiyədə saxlanıldı - Yenilənib ...

    15-03-2020, 23:59

  • 
  • “Hafka” “Atletiko” və “Lans”ın yeni formasını təqdim etdi (FOTO)

    “Hafka” “Atletiko” və “Lans”ın yeni formasını ...

    24-11-2013, 11:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu