Azərbaycanlı milyonçu “Lans” klubu ilə son danışıqlar aparır
Gələn aydan Fransanın “Lans” klubu tanınmış azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus ola bilər. H.Məmmədov may ayından etibarən Fransa klubunun səhmlər paketinin mühüm hissəsinə sahib olmağa hazırlaşır. Bu barədə yayılmış şayiləri iş adamının sahibi olduğu "Bakı" klubunun mətbuat xidmətinin rəhbəri Nəriman Mehdiyev də Publika.Az-a açıqlamasında təsdiqləyib. Qeyd edilib ki, Fransanın ən məşhur klublarından olan “Lans” klubu ilə son danışıqlar aparılır. Xatırladaq ki, “Lans” Fransanın ən çox istedadlı futbolçu yetişdirən, güclü uşaq akademiyası olan klubudur. H. Məmmədov onların iş metodları və prinsipləri ilə maraqlanıb, yaxından tanış olub. Bu komanda artıq bir neçə ildir ki, aşağı liqada fəaliyyət göstərməsinə baxmayaraq PSJ-dən, “Marsel”dən də güclü azarkeş ordusuna malikdir.
Sorğu
Yeni dizaynımız necədir?