İstanbulda Vehbi Əmrənin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə turnir start götürüb. Oxu.Az xəbər verir ki, turnirin ilk günündə azərbaycanlı güləşçilər iki medal qazanıblar – hər ikisi də 59 kq-dək olan çəki kateqoriyasında. Elman Muxtarov Qazaxıstan, Belarus, Qırğızıstan idmançıları, həmçinin Azərbaycan yığmasından iki yoldaşına – Orxan Əhmədov və Taleh Məmmədova qalib gələrək, qızıl qazanıb. Taleh Məmmədov bürüncə yiyələnib. Elman Muxtarovun qırğız Arsen Yeraliyevə qarşı final döyüşünü təqdim edirik.
Sorğu
Yeni dizaynımız necədir?