Əlbəyaxa döyüş üzrə dördqat dünya çempionu, polis zabiti Anar Süleymanov Bakıda keçirilən döyüşlərdən birinə meydana sinəsində "Kürdüstan" bayrağı olan geyimdə çıxmışdı. İdmançı indi həmin olaya aydınlıq gətirməyə çalışıb.
A.Süleymanov Facebook-dakı profilində yazıb: "Son zamanlar mənim haqqımda döyüşə kürd bayrağı ilə çıxmağımla bağlı qara piar yayılıb. Ona görə istəyirəm ki, bu məsələyə aydınlıq gətirəm. Haqqım yeyilməsin. Bildiyimiz kimi, Azərbaycanda hər zaman çoxsaylı millətlər yaşayıb. Məsələn, kürd, talış, tatar və s. Nəzərinizə çatdırıram ki, bu yarış ötən il istirahət mərkəzlərindən birində baş tutub. Yarışda mənə azarkeşlik etmək üçün Laçın rayonunun kürd əsilli kəndlərindan Kamallı və Minkənddən həmkəndlilərim gəlmişdilər. Onlar həm də sözügedən idman geyimini mənə hədiyyə gətirmişdilər. Fikir verin, orada sinənin sol tərəfində Azərbaycanın, sağ tərəfdə isə kürd millətinin bayrağı yer alıb. Çoxları bunu siyasi təbliğat adlandırsalar da, burada yeganə məqsəd o idi ki, Azərbaycanda yaşayan kürdlər Azərbaycanı sevərək bayrağımızla yanaşı, üçrəngli bayraqlarının yanaşı olmasından qürur hissi duyurlar. Buna əsl qardaşlıq demək olar. Əlbəttə ki, həmin döyüşdə və sonrakı döyüşlərimin hər birində üçrəngli bayrağımızı çiyinlərimdə gəzdirmişəm. Sadəcə, təəssüf edirəm ki, bu cür gözəl yanaşmanı bəzi qara fikirli insanlar götürüb başqa şəkildə əhaliyə çatdırırlar. Mən burada o kəslərə səslənirəm ki, siz də mənim kimi Azərbaycanı bütöv görün. Bölgələrə ayrılmış şəkildə yox. Azərbaycanda yaşayan kürd millətinin övladıyam və Azərabycanımla fəxr edirəm.
Gənclər və İdman Nazirliyinin açıqlamasına gəldikdə isə, Səmayə xanım hazırda tələbəmdir. Sadəcə, orada anlaşılmazlıq yaranıb və bu da təbii haldır".
Sorğu
Yeni dizaynımız necədir?