"Bakı-2015" İlk Avropa Oyunlarının qaliblərindən biri də Rəsul Çunayev oldu. Sərbəst güləşçi üçün sürprizlər davam etdiyi bir vaxtda, o özü də valideynləri üçün sürpriz edib. Güləşçi xəbəri olmadan bütün yaxınlarını toplayaraq anasının ad gününü təbrik edib.
Avropa oyunlarının qalibi Rəsul Çunayev üçün daha bir xoş gün. Çunayevdən anasına gözlənilməz ad günü hədiyyəsi.
Hər dəfə qazandığı qələbələrlə anasına ad günü hədiyyəsi edən Çunayev valideynindən xəbərsiz bu dəfə hətta yaşadığı Balakəndən də yaxın qohumlarını bir yerə toplayaraq, ona sürpriz edib.
Güləşsevərlərin xüsusən Kazan universiadasında qələbəsi zamanı yaxşı bacardığına əmin olduğu rəqsləri isə Çunayev bu dəfə başqa qələbə və valideynin ad günü üçün etdi.
Burada xüsusi qonaq da var idi. Avropa oyunlarının boksçu qalibi Teymur Məmmədov.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?