"Sumqayt"da klub prezidenti Kamran Quliyevin rəhbərliyi və Müşahidə Şurasının iştirakı ilə iclas keçirilib.
gundemxeber.az "rekord.az"a istinadən yaydığı məlumata görə, iclasda hazırkı baş məşqçi Aqil Məmmədovun istefaya göndərilmsi ilə bağlı qərar qəbul olunub.
Onun yerinə isə əvəzedici komandanın baş məşqçisi Samir Abbasov təyin olunub.
Qeyd edək ki, Aqil Məmmədov 2011/12 mövsümündə "Sumqayıt"da futbolçu kimi çıxış edib. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi 2012-ci ilin yanvarında futbolçu karyerasını rəsmən bitirib və "Sumqayıt"ın əvəzedici komandasına köməkçi məşqçi təyin olunub. A.Məmmədov 2012/13 mövsümündə əsas komandada Bernhard Raabın köməkçisi olub. O, 2013/2014 mövsümündən "Sumqayıt"ın baş məşqçisi idi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?