"Qalatasaray" növbəti mövsümdə Avropa kuboklarında iştirak etməyə bilər.
Goal.az xəbər verir ki, bunu "Qalatasaray"ın idman direktoru Cenk Ergün mətbuata açıqlamasında bildirib: "İndiki vəziyyətdə növbəti mövsümdə Avropa kuboklarında iştirak etməyə bilərik. UEFA-dan əlavə vaxt istəyəcəyik. Dekabrın ilk həftəsində UEFA bizi dinləyəcək. 15 dekabrda UEFA-nın qərarı açıqlanacaq. Sadəcə, bizim maliyyə məsələlərimiz UEFA-nın bazasına daxil olunacaq".
Cenk Ergün Melonun "İnter"ə keçidinə də münasibət bildirib:
"Melo son illərə damğa vurmuş bir oyunçudur. "İnter"ə getmək fikri həmişə vardı. Melo olmasa da, onun etdiklərini edəcək oyunçulara sahibik".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?