Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Trend-in PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Premyer Liqanın 6-cı turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb. Azərbaycan Premyer Liqasının VI turunun “İnter” – “Bakı” matçının 30-cu dəqiqəsində “Bakı” klubunun məşqçisi Muarem Zekir texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub. Azərbaycan Premyer Liqasının VI turunun “Sumqayıt” – AZAL matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Azərbaycan Premyer Liqasının VI turunun “Qəbələ” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?