Neftçi"nin futbolçusu Ruslan Qurbanovu polis saхlayıb
gundemxeber.az fanat.az-a istinadən xəbər verir ki, buna hücumçunun içkili halda avtomobil idarə etməsi olub.
Məlumata görə, Ruslan Qurbanov "Neftçi"dəki komanda yoldaşlarından biri və "Qarabağ"ın üzvü ilə "Zirə"yə məğlubiyyətdən sonra Xətai rayonunda yerləşən restoranlardan birinə yollanıb.
Restorandan çıxan zaman yolda polis onları saхlayıb. Ruslan Qurbanov sükan arхasına içkili vəziyyətdə əyləşdiyindən yol polisi maşını cərimə meydançasına aparıb.
Klubun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov hadisə ilə bağlı açıqlama verib:
“Dediyiniz məsələ ilə bağlı Ruslan Qurbanovun özü ilə danışdım. Etiraf etdi ki, bi müddət əvvəl yol hərəkatı qaydasını pozduğuna görə yol polisi tərəfindən saxlanılıb. Sadəcə işıqforun qırmızı işığını görmədiyi üçün qaydanı pozduğunu dedi. Bu da bütün sürücülərin qarşılaşa biləcəyi vəziyyətdi.
Ruslan Qurbanov bildirdi ki, içkili olmağım barədə informasiya isə tamamilə yalandı. Məni yaxından tanıyanlar bilir ki, içkidən nə üçün uzağam. Yəqin bu məlumatı yayanlar bundan xəbərsizdi”.
Sorğu
Yeni dizaynımız necədir?