"Neftçi"nin kapitanı Ruslan Abışov Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununu buraxacaq.
Buna onun cəzalı duruma düşməsi səbəb olub. 30 yaşlı futbolçu “Zirə” ilə 1/4 final mərhələsinin cavab görüşünün 17-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. R.Abışov ilk matçda da xəbərdarlıq aldığı üçün sarı vərəqə limitini doldurub.
Qeyd edək ki, "Neftçi" yarımfinalda "Səbail" - "Qəbələ" cütünün qalibi ilə qarşılaşacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?