Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı Kamil Əliyev Qətərin Doha şəhərində keçirilən lisenziya xarakterli dünya çempionatında uzunluğa tullanmada 7.13 metr nəticə göstərərək dünya çempionu adına layiq görülüb.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, K.Əliyev "Rio de Janeyro-2016" Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.
Dohada keçirilən lisenziya xarakterli dünya çempionatı davam edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?