Milli Paralimpiya Komitəsinin (MPK) atletika üzrə milli komandası Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
MPK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Elvin Astanov, Elmir Cəbrayılov, Səid Nəcəfzadə, Həmid Heydərli bu hüquqa Açıq Avropa çempionatında, Yelena Çebanu isə reytinq xalları qazandıran yarışlarda yiyələnib.
Beləliklə, Tokio-2020-də Azərbaycanı təmsil edəcək atletlərin sayı 8-ə çatıb. Daha əvvəl Oluxan Musayev, Kamil Əliyev və Samir Nəbiyev dünya çempionatında göstərdikləri nəticələrə görə Oyunlarda iştirak hüququ əldə ediblər.
Musayev, Nəbiyev və Astanov nüvə itələmə, Cəbrayılov və Çebanu qaçış, Əliyev və Nəcəfzadə uzunluğa tullanma, Heydərli isə nizə atma növündə mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları indiyədək Tokio-2020-yə 18 lisenziya qazanıblar. Onlardan 8-i atletika, 4-ü para-taekvando, 3-ü üzgüçülük, 2-si güllə atıcılığı və 1-i pauerliftinq növündəndir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?