GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » Baş katib sağalmaqda olanı “xəstə”yə qurban verəcək?

Baş katib sağalmaqda olanı “xəstə”yə qurban verəcək?

Tarix: 30-10-2015, 15:27 Bölmə :İdman Baxış: 0
Baş katib sağalmaqda olanı “xəstə”yə qurban verəcək?

Azərbaycan Premyer Liqasında 11-ci turla bağlı PFL-in çıxardığı hoqqaları qələmə almaq üçün Əbdürrəhim Bəy Haqverdiyev lazımdı. PFL turun oyunlarını noyabrın 1 və 2-nə planlaşdırmışdı. Ancaq PFL-də oturanların başları yeyib-dağıtmağa qarışdığından, noyabrın 1-də ölkədə seçkilərin keçiriləcəyindən xəbərsiz idilər. Baxmayaraq ki, təqvim müəyyənləşərkən seçkilərin vaxtı bəlli idi. Yalnız jurnalist PFL-ə zəng edib, xəbərdarlıq etdikdən sonra "peşəkarlar"ın başı yeyib-dağıtmaqdan ayıldı və tələm-tələsik qərar qəbul etdilər: turun bütün oyunları oktyabrın 31-də keçiriləcək. Amma üstündən iki gün keçəndən sonra PFL yenə də qərarını dəyişdi: iki oyunu noyabrın 2-nə təyin etdi. Bax, belədi bizim "peşəkarlar"... Hələ bu harasıdı, "Kəpəz" - "Qəbələ" oyununun yeri də dəyişdirildi. Qarşılaşma Gəncədə yox, Qəbələdə baş tutacaq.

"Qəbələ" pis vaxtda yaxasını ələ verib

Turun mərkəzi görüşü Gəncədə olmalıydı. Amma "Kəpəz" stadionunun yararsız vəziyyətdə olmasını əsas gətirərək, PFL-ə qarşılaşmanın Qəbələdə keçirilməsiylə bağlı müraciət etdi. Və PFL də "həsənsoxdu dəyirmanı" olduğunu bir daha sübut etdi, "Kəpəz"in xahişini yerinə yetirdi.

Roman Qriqorçukun komandası son iki oyunda nəinki qələbə qazana bilməyib, heç qol da vurmayıb. "Zirə"ylə oyundakı susqunluğu müəyyən mənada başa düşmək olar. Ancaq AZAL-la qarşılaşmada... Belə komandaya qol vura bilməmək günahdı. "Qəbələ" avrokuboklardakı yorğunluğun əzabını çəkir? Yox, biz belə düşünmürük. Komandadakı eniş "Roman Qriqorçuk Ukrayna yığmasını çalışdıracaq" xəbərinin yayılmasından sonra başalayıb. Klub rəsmiləri bu xəbəri təkzib ediblər. Ancaq görünür, futbolçuların əhvalına təsir etmək mümkün olmayıb. Belə əhval-ruhiyyə ilə qalib gəlmək olmaz. Üstəlik, komanda Dortmund səfərinə də hazırlaşır. Bir sözlə, "Qəbələ" pis vaxtda yaxasını Şahin Diniyevin yetirmələrinin əlinə verir. Görək, gəncəlilər istədiklərini ala biləcəklərmi?

Statistika nə deyir?
İndiyədək səfərdə çıxış edən komanda qalib gəlməyib. Son 3 qarşılaşmada meydan sahibi qapısını toxunulmaz saxlayıb. Ardıcıl 5 matçda qonaq tərəf xal əldə edə bilməyib.
Qəbələ - Kəpəz: 9 oyun, 2 qələbə, 4 heç-heçə, 3 məğlubiyyət, top fərqi 5-8.

Tərlan Əhmədov dua etsin ki...

Çempionatın lideri "Qarabağ" isə AZAL-ı qəbul edəcək. Çox güman ki, Qurban Qurbanov "Monako" ilə oyunu düşünərək, bu qarşılaşmada eksperimental heyətə güvənəcək. "Təyyarəçilər" hazırda göylə gedirlər. Zarafat deyil, "Neftçi"yə qalib gəlib, "Qəbələ"dən bir xal alıblar. Düzdü, indi "Neftçi"yə hamı qalib gəlir. Amma bu komanda üçün Qəbələdən xal gətirmək həqiqətən də böyük uğurdu. Lakin "təyyarəçilər"in çox uçacağını düşünmürük. "Köhlən atlar"ın bir təpiyi yetərlidi ki, göydən yerə gəlsinlər. Gümanımız doğrulsa, AZAL bu dəfə Suraxanıda "qəza"ya düşəcək. Tərlan Əhmədov dua etsin ki, "qəza" biabırçı yox, ləyaqətli olsun.

Statistika nə deyir?
AZAL-la oyunlarda ardıcıl 7 qələbə qazanan "Qarabağ" 8 matçdı meydanı qolsuz tərk etmir. Ağdam təmsilçisi son 3 ev oyununda 2:1 hesabı ilə qalib gəlib. AZAL son 4 səfər oyununda qol vurub.
Qarabağ - AZAL: 27 oyun, 16 qələbə, 6 heç-heçə, 5 məğlubiyyət, top fərqi 36-24.

Baş katib başını işlətsə yaxşıdı

Futbol ictimaiyyətinin diqqət mərkəzində olacaq daha bir qarşılaşma Sumqayıtda keçiriləcək. Orda AFFA-nın iki komandası - "Sumqayıt" və "Neftçi" üz-üzə gələcək. Samir Abasovun gəlişindən sonra "Sumqayıt"ın əldə etdiyi nəticə həqiqətən də möhtəşəmdi. Komanda artıq turnir cədvəlində ortababların sırasına daxil olub. Qələbə ruhunu tapan "Sumqayıt"ın can üstündə olan "Neftçi"ni də məğlub edəcəyinə kimsə şübhə etmir. Amma futbol kluarlarında başqa söz-söhbət də gəzir. Deyilənlərə görə, AFFA-nın baş katibi Elxan Məmmədov "Neftçi"dəki adamlarını tənqidlərdən qismən də olsa xilas etmək üçün "Sumqayıt"a "uduzun" göstərişini verib. Bunun nə qədər həqiqət olduğunu deyə bilmərik. Ancaq belə göstəriş olubsa, onda Samir Abasovun işi qəlizdi. "Neftçi" bu oyunda sifariş hesabına qalib gəlsə belə, ruhunu xilas edə bilməyəcək. "Sumqayıt" isə sifarişlə uduzarsa, yenicə tapdığı qələbə ruhunu itirəcək. Ondan sonra o futbolçuları nəinki Samir Abasov, heç Tanrı da xilas edə bilməz. Baş katib başını işlətsə yaxşıdı. "Xəstə"yə görə sağlamlığını bərpa etmiş komandanı qurban verməyə dəyməz.

Statistika nə deyir?
5 oyundu uduzmayan "Neftçi" son 6 matçda meydanı qolsuz tərk etməyib. "Sumqayıt" son iki ev oyununda 0:1 hesabı ilə uduzub.
Sumqayıt - Neftçi: 13 oyun, 3 qələbə, 2 heç-heçə, 8 məğlubiyyət, top fərqi 15-29.

Yunis Hüseynov qələbə ruhunu nə vaxt itirib?

Çempionatda hələ də qələbə üzünə həsrət qalan "Rəvan" bu tur arzusunu gerçəkləşdirə bilər. Bəhmən Həsənovun yetirmələri "Xəzər Lənkəran"ı qəbul edəcək. Çox təəssüf ki, biz "Xəzər Lənkəran"ı hətta "Rəvan"a da qələbə sevinci bəxş edəcək bir komanda kimi təqdim edirik. Ancaq bunun günahı bizdə yox, klub rəhbərlərində, məşqçilər korpusundadı. Biz belə təqdimata görə təəssüfləndiyimizi etiraf edirik. Ancaq rəhbərlikdə təmsil olunanlar məsuliyyətsizliklərinə görə heç təəssüfləndiklərini də büruzə vermirlər. Yunis Hüseynov hər oyundan sonra dəsmal götürüb ağlayır, "14 nəfərlə qalmışıq" deyir. Ağlaşmanı bitirmək lazımdı. Əsl mütəxəssis ağlamaz, o 14 nəfərə qələbə ruhunu aşılamağa çalışar. O başqa məsələ ki, Yunis Hüseynovun özündə qələbə ruhu yoxdu. O, qələbə ruhunu "Xəzər Lənkəran"a ilk gəlişində itirmişdi.

Statistika nə deyir?
"Xəzər Lənkəran" 6 oyundu meydanı qolsuz tərk etmir. Son 5 qarşılaşmada meydan sahibi ola komanda uduzmur. "Xəzər Lənkəran" səfərdə qalib gəlməyib. "Rəvan" ev oyunlarının hamısında qol vurub.
Rəvan - Xəzər Lənkəran: 11 oyun, 3 qələbə, 5 heç-heçə, 3 məğlubiyyət, top fərqi 10-16.

Şükürov ilk növbədə nə haqda düşünməlidi?

Turun daha bir qarşılaşmasında "İnter" - "Zirə"ni qəbul edəcək. Komandaların turnir cədvəlindəki mövqeyini nəzərə alsaq, bu qarşılaşmaya maraq böyük olmalıdı. Üçüncü pillə uğrunda mübarizə aparan komandaların qarşıdurması cansıxıcı olmamalıdı. "Bankirlər"in durumunu saf-çürük etsək, bu mübarizədə "Zirə" daha şanslı görünür. Heç şübhəsiz, Zaur Svanadzenin komandası ehtiyatlı oyuna üstünlük verəcək, əsasən müdafiənin qayğısına qalacaq. Ona görə də, Adil Şükürov ilk növbədə bu müdafiəni yara biləcək hücum haqda düşünməlidi. Yox, o da Svanadze kimi ehtiyatlı futbola üstünlük versə, onda vay azarkeşlərin halına. Yaman darıxacaqlar...

Statistika nə deyir?
Paytaxt təmsilçiləri 2-ci dəfə üz-üzə gələcək. Cari mövsümdə keçirilən ilk dueldə qol vurulmayıb.

Komanda.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Premyer Liqamızda iki oyunun vaxtı dəyişdi

    Premyer Liqamızda iki oyunun vaxtı dəyişdi ...

    13-10-2015, 12:38

  • 
  • Azərbaycan Premyer Liqasının qarşılaşmaları yeni toplarla oynanılacaq

    Azərbaycan Premyer Liqasının qarşılaşmaları yeni ...

    24-02-2021, 21:35

  • 
  • Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli müəyyənləşib

    Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun ...

    19-08-2019, 11:00

  • 
  • Azərbaycan Premyer Liqasında VII turun - Cədvəli

    Azərbaycan Premyer Liqasında VII turun - Cədvəli ...

    16-10-2020, 15:05

  • 
  • AFFA İntizam Komitəsi "Qarabağ"la bağlı məsələyə baxacaq

    AFFA İntizam Komitəsi "Qarabağ"la bağlı ...

    17-08-2019, 11:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu