Yunanıstanın "Olimpiakos" klubu Avropa rekorduna imza atıb.
gundemxeber.az apasport.az-a istinadən xəbər verir ki, klub ölkə çempionatının startında ardıcıl 17 qələbə qazanaraq, XXI əsrin rekordunu müəyyənləşdirib.
Belə ki, 2001-ci ildən sonrakı dövrdə heç bir Avropa klubu ölkəsinin yüksək liqasında ilk 17 matçda qalib gəlməmişdi. Bununla, "Olimpiakos" 2007/08 mövsümünə 16 qələbə ilə başlayan Lüksemburq "Düdelanj"ını arxada qoyub.
Ukrayna "Şaxtyor"u 2012/13, Uels "Banqor Siti" 2010/11, İslandiya "Hafnarfyordur"u 2005-ci il mövsümünə 15 qələbə ilə start verib.
Qeyd edək ki, XXI əsrdə Azərbaycanda ən uğurlu starta "Şəfa" imza atıb. Paytaxt təmsilçisi 2003/04 mövsümünün əvvəlində ardıcıl 8 qələbə qazanıb. Son 15 ildə 2-ci göstəricinin müəllifi olan "Xəzər Lənkəran" 2007/08 mövsümünə ardıcıl 7 qələbəylə başlayıb
Sorğu
Yeni dizaynımız necədir?