Azərbaycan millisi Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına qələbə ilə başlayıb.
Boksçu Tayfur Əliyev 1/16 finalda Bolqarıstan təmsilçisi Boyan Asenovla qarşılaşıb. 56 kq çəki dərəcəsində yarışan Əliyev rəqibini 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
O, 1/8 finalda Ukrayna təmsilçisi Mukola Butsenko ilə qarşılaşacaq. Görüş iyunun 24-də keçiriləcək.
14:15***
Azərbaycan millisi bu gün Belarusun paytaxtı Minskdə start götürən II Avropa Oyunlarında mübarizəyə başlayıb.
Azərbaycanın kamandan oxatma növündə yeganə təmsilçisi Ozay Qasımova qadınlar arasında klassik oxatmanın fərdi yarışına qatılıb. O, 1/32 finala vəsiqə uğrunda reytinq qarşılaşmasında 47 oxatana qarşı mübarizə aparacaq. Mübarizəyə Bakı vaxtı ilə saat 14:15-də start verilib. Saat 15:00-da isə boksçuların yarışı start götürəcək. Azərbaycan təmsilçilərinin hər üçü 1/16 finalda ilk görüşünü bolqarıstanlılara qarşı keçirəcək. Tayfur Əliyev (56 kq) Boyan Asenovla, Rahil Məmmədli (91 kq) Radoslav Panteleyevlə, Məhəmməd Abdullayev (+91 kq) Petar Belberovla üz-üzə gələcək. Qeyd edək ki, ilk yarış günündə boks, kamandan oxatma və basketbol (3X3) üzrə yarışlar olacaq.//Report
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?