Qış dönəmində "Liverpul"un əldən çıxardığı Aleks Teyşeyra karyerasını Şərqi Asiyada davam etdirəcək. Braziliyalı yarımmüdafiəçi Çinin "Jiangsu Suning" klubuna transfer olunub.
gundemxeber.az goal.az-a istinadən xəbər verir ki, çinlilər Teyşeyra üçün 38 milyon funt ödəyiblər. Bu, Asiya futbolunda rekord transfer qiymətidir. "Sambaçı" yeni klubunda o qədər də darıxmayacaq. Belə ki, "Jiangsu Suning" bir neçə gün öncə onun həmyerlisi Santos Ramiresi 25 milyon funt qarşılığında "Çelsi"dən heyətinə cəlb edib. Teyşeyranın sabiq komandası "Şaxtyor"un baş məşqçisi Mirça Luçesku digər braziliyalı Luiz Adriano ilə danışıqlar aparıldığını diqqətə çatdırmışdı. Teyşeyranın Donetsk klubuyla müqaviləsi 2018-ci ildə başa çatırdı.
"Jiangsu Suning"i rumıniyalı mütəxəsis Dan Petresku çalışdırır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?