“Sabah” klubu növbəti mövsüm üçün ilk transferini reallaşdırıb.
Gundemxeber.Az xəbər verir ki, gənc müdafiəçi Amin Seydiyevin keçidi ilə bağlı “Qəbələ” klubu ilə razılıq əldə olunub.
21 yaşlı futbolçu ilə üç illik müqavilə bağlanıb. Müqavilə cari mövsüm başa çatdıqdan sonra qüvvəyə minəcək. Bu, pandemiya dövründə çempionatı yarımçıq qalmış Azərbaycan futbolunda ilk rəsmi transferdir.
Qeyd edək ki, Amin Seydiyev “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. O, 2017/2018 mövsümündən bu klubun əsas komandasında çıxış edir. Gənc müdafiəçi Azərbaycanın 21 yaşadək millisinin üzvüdür.
Sorğu
Yeni dizaynımız necədir?