Dünya Güləş Birliyi güləşçilərin yarış geyimlərində yeni qaydalar tətbiq edəcəyini açıqlayıb.
gundemxeber.az report-a istinadən bildirir ki, güləşçilər əvvəlki kimi, göy və qırmızı rəngli standart geyimlərdən deyil, hər bir ölkə federasiyasının özünəməxsus hazırlatdığı, milli rənglərdən istifadə edilmiş güləş geyimlərindən istifadə edə biləcək.
Yeni qaydalara əsasən, güləş geyiminin ayaq və kürək nayihəsində göy və ya qırmızı zolaq mütləqdir. Güləş geyiminin ön tərəfində - sinədə ölkənin bayrağı və federasiyanın loqosu, arxa tərəfində - kürək nayihəsində isə ölkə adının abreviaturası və idmançının soyadı əks olunmalıdır.
Qeyd edək ki, dəyişikliklər 22 -24 apreldə Monqolustanın paytaxtı Ulan Batorda keçiriləcək birinci Dünya Təsnifat Turnirində və 6 - 8 mayda Türkiyənin İstanbul şəhərində təşkil olunacaq sonuncu Dünya Təsnifat Turnirində ilk dəfə tətbiq ediləcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?