Bu gün Bakı-2015-də sərbəst güləş yarışları başa çatır.
61 kq çəkidə Avropa Oyunlarını 5-ci pillədə başa vuran və 1/4 finalda erməni Qarik Barsekyanı məğlub edən Yaşar Əliyevin ardınca qardaşı Hacı Əliyev də Ermənistan təmsilçisi ilə qarşılaşıb.
Avropa və dünya çempionumuz ilk cəhdində Valodiya Franqulyanla münasibətinə aydınlıq gətirib və o da qardaşı kimi erməniyə öz gücünü göstərib. 1/8 final mərhələsinə təsadüf edən görüşdə Hacı Valodiyanı 7:0 hesabı ilə darmadağın edib.
Əliyev 1/4 finalda Mikola Bolotnyukla güləşib. Dünya çempionumuz bu dəfə də xalçadan qalib ayrılıb. O, Bolotnyuku 11:0 hesabı ilə məğlub edib. Həmyerlimiz finala gedən yolda Aleksandr Boqomoyevlə üz-üzə gəlib. O, təcrübəli rəqib qarşısında ilk xalı qazansa da, qələbəni rəqib bayram edib - 5:2.
Əliyev bürünc medal uğrunda görüşdə türk pəhləvanı məğlub edərək millimizə növbəti medalı qazandırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?