Türkiyə Kubokunda evdə "Akhisar"la qarşılaşan "Qalatasaray" klubu iki ciddi itki ilə üzləşib.
gundemxeber.az qol.az-a istinadən xəbər verir ki, komandanın iki futbolçusu - Bilal Kısa və Sabri Sarıoğlu - zədələnib.
Matçın 52-ci dəqiqəsində gözündən zərbə alan Bilal oyuna davam etdirə bilməyib. Görüşün 69-cu dəqiqəsində komanda yoldaşı Hakan Balta ilə toqquşan Sabri əvəzlənib.
Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb. İlk oyunda 2:1 hesabı ilə qalib gələn "Qalatasaray" növbəti mərhələyə yüksəlib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?