GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » Bakıda batut gimnastikası üzrə FIG Dünya Kuboku yarışlarının açılış mərasimi keçirilib

Bakıda batut gimnastikası üzrə FIG Dünya Kuboku yarışlarının açılış mərasimi keçirilib

Tarix: 5-03-2016, 17:29 Bölmə :İdman Baxış: 0
Bakıda batut gimnastikası üzrə FIG Dünya Kuboku yarışlarının açılış mərasimi keçirilib

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku yarışlarının açılış mərasimi keçirilib.

gundemxeber.az Trend-ə istinadən bildirir ki, açılış mərasimində çıxış edən Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu gün Azərbaycan beynəlxalq miqyasda bir idman dövləti kimi tanınır və ölkə idmanının belə yüksəlişi dünya ictimaiyyətinin də diqqət mərkəzindədir: "Bunun nəticəsidir ki, ölkəmiz çox nüfuzlu beynəlxalq yarışların keçirildiyi bir məkana çevrilib. Ölkəmizdə keçirilmiş I Avropa Oyunları, dünya və Avropa çempionatları, beynəlxalq turnirlər müasir tələblər baxımından yüksək səviyyədə təşkil edilir. Məhz buna görə beynəlxalq idman qurumları mütəmadi olaraq belə tədbirlərin Vətənimizdə keçirilməsinə böyük etimad göstərirlər. Bu etimadı doğrultmaq üçün biz ölkə başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və rəhbərliyi ilə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Əminəm ki, bu yarışın da yüksək səviyyədə keçirilməsinə nail olacağıq".

Daha sonra nazir qeyd edib ki, batut gimnastikası dünyada, o cümlədən ölkəmizdə çox sevilən, böyük tamaşaçı kütləsi toplayan idman növüdür: "Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra bütün gimnastika idman növlərinə, o cümlədən batut gimnastikasına diqqət və maraq xeyli artıb. Bunun nəticəsində bütün tədbirlər yüksək səviyyədə təşkil olunur və idman bayramına çevrilir. Fürsətdən istifadə edib, Azərbaycan idmanına göstərdikləri diqqət və qayğıya görə, ölkə rəhbəri cənab İlham Əliyevə və respublikanın birinci xanımı Mehriban Əliyevaya idman ictimaiyyəti adından dərin minnətdarlığımızı bildirirəm".

Nazir A.Rəhimov, həmçinin qeyd edib ki, 2013-cü ildən ölkəmizdə inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya kuboku ilk dəfədir ki, vətənimizdə təşkil olunur: "Belə bir mötəbər yarışın respublikamızda keçirilməsinə etimad göstərdiklərinə görə Beynəlxalq Gimnastika Federasiyasınin rəhbərliyinə təşəkkür edirəm. Dünyanın 17 ölkəsinin idmançılarının qatıldığı bu yarış, şübhəsiz ki, Azərbaycanda bu idman növünün inkişafında və təbliğində əhəmiyyətli rol oynayacaq, idmançılarımızın təcrübə toplamalarına münbit şərait yaradacaq. Əminəm ki, yarışı izləməyə gəlmiş tamaşaçı və azarkeşlər üçün də bu tədbir unudulmaz hadisə kimi yaddaşlarda qalacaq. Ümüd edirəm ki, Dünya Kubokunda öz qüvvələrini sınayan idmançılar avqust ayının 5-dən 21-dək Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında öz bacarıqlarını nümayiş etdirəcəklər.
Hər bir idmançıya layiqli mübarizə aparmağı və qələbə əldə etməyi arzulayıram".

Sonra açılış mərasimində Beynəlxalq Gimnastika Federasiyasının Batut Gimnastikası üzrə Texniki Komitəsinin Prezidenti Horst Kunze çıxış edib.

H.Kunze bildirib: "Dünyanın müxtəlif ölkələrindən təşrif buyurduğunuza və bu Dünya Kuboku mərhələsini iştirakınızla dəstəklədiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Beynəlxalq Gimnastika Federasiyası, onun Prezidenti Bruno Qrandi başda olmaqla, Sizə öz salamlarını çatdırır. Cənab Qrandi bu il gərgin iş qrafiki olduğundan burada iştirak etmədiyi üçün təəssüf hissi keçirir. Bu Dünya Kubokuna hazırlıq prosesində gördüyü bütün işlərə görə Azərbaycan Gimnastika Federasiyasına minnətdaram. İndi isə mən bütün idmançılara müvəffəqiyyətlər və tamaşaçılara maraqlı yarış həyəcanı arzu edirəm".

Daha sonra açılış mərasimində Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov çıxış edib: "İlk öncə, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanın adından batut gimnastikası üzrə Dünya Kubokunun bütün iştirakçılarını salamlayıram! İki həftə bundan əvvəl Milli Gimnastika Arenası ilk dəfə olaraq Bakıda idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kubokunu qəbul etdi. Bu gün isə biz gimnastikanın digər növü - batut gimnastikası üzrə ölkəmizdə ilk dəfə keçirilən Dünya Kuboku mərhələsinin şahidi oluruq".

A.Həsənov qeyd edib ki, 2016-cı ilin əvvəlində Bakıda ardıcıl olaraq belə mötəbər yarışların keçirilməsi, xüsusilə də Azərbaycan üçün nisbətən yeni növ olan batut gimnastikası üzrə Dünya Kuboku yarışının təşkili, ölkəmizdə gimnastika növlərinin inkişafının yeni mərhələyə qədəm qoymasından xəbər verir: "Bu yarış meydançasında iki gün ərzində istedadlı və kifayət qədər məşhur batutçuların çıxışlarını izləyəcyik. Məhz belə idmançıların çıxışları artıq ölkəmizdə batut gimnastikasına böyük maraq göstərən, yetişən gənc nəsil gimnastlarını ruhlandırır, onları böyük idmanda mətin olmağa çağırır. Yarışların keçirilməsində əməyi olan təşkilat komitəsinin hər bir üzvünə, könüllülərə, buraya toplaşan tamaşaçılara minnətdarlığımı bildirirəm və idmançılara uğurlar və yeni qələbələr arzulayıram! Növbəti gimnastika bayramı münasibətilə hamınızı təbrik edirəm və batut gimnastikası üzrə FIG Dünya Kubokunu açıq elan edirəm!"

Bundan sonra müxtəlif gimnastika növlərinin təqdimatı ilə rəngarəng açılış mərasimi baş tutub. Azərbaycan idmançıları üç musiqi kompozisiyasının müşayiəti altında çıxış ediblər - Karla Orfun "Carmina Burana" kompozisiyası, milli Azərbaycan musiqisi və çıxışı "Ey Vətən" mahnısının sədaları altında başa çatdırıblar.

Qeyd edək ki, ilk yarış günündə kişi və qadınların fərdi və sinxron çıxışlarında təsnifat yarışları keçiriləcək.

Azərbaycanı yarışlarda kişilər arasında İlya Qrişunin, Oleq Piunov, Dmitriy Fedorovskiy və Ruslan Ağamirov, qadınlar arasında isə Svetlana Makştarova və Sabina Zaytseva təmsil edir.

Martın 5-6-da Bakıda ilk dəfə Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən Kubokda Avropa ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar iştirak edəcək.
Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq. İkinci yarış günündə isə finallar baş tutacaq.

Yarışlar zamanı tamaşaçılar da diqqətdən kənarda qalmayacaq. Onlar müxtəlif maraqlı müsabiqələrdə iştirak edə və təşkilatçılardan mükafatlar ala biləcəklər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edir - YENİLƏNİB

    Prezident İlham Əliyev Bakıda keçirilən cüdo üzrə ...

    21-09-2018, 15:23

  • 
  • Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ikinci günü başladı

    Bakıda bədii gimnastika üzrə Dünya Kuboku ...

    23-07-2016, 13:02

  • 
  • Birinci vitse-prezident Mehriban Əliyeva idmana qayğı ilə yanaşması baxımından da çoxsaylı uğurların müəllifi kimi tanınır – Nazir müavini

    Birinci vitse-prezident Mehriban Əliyeva idmana ...

    26-04-2019, 15:13

  • 
  • Özbəkistan təmsilçisi: "Azərbaycan idmançılar və azarkeşlər üçün unudulmaz idman bayramı təşkil edib"

    Özbəkistan təmsilçisi: "Azərbaycan ...

    5-03-2016, 17:40

  • 
  • Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun püşkü atıldı

    Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun ...

    18-02-2016, 20:15


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (170)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu