"Astana Arlans" boksçuları "Bakı fayrs" ilə WSB görüşündə qələbə qazanıblar.
gundemxeber.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycanın paytaxtında qazaxıstanlı boksçular beş döyüşdən üçündə daha güclü olublar.
52 kq qədər çəki kateqroiyasında Oljas Sattıbayev asanlıqla Məhəmməd İbiyeva qalib gəlib. 62 kq qədər çəki kateqoriyasında Nəsrəddin Məmmədov ilə Zakir Safiullin görüşüb.
Bu döyüşdə də "Astana Arlans"ın boksçusu qalib gəlib. Hər üç hakim Safiullinə üstünlük verib. Ən sərt döyüş rinqin sahibi Tamerlan Abdullayev və qazaxıstanlı Aslanbəy Şımbırgenovun görüşündə olub.
Döyüşün sonunda hakimlərdən biri heç-heçə, digər iki hakim isə Tamerlan Abdullayevə 2:0 hesabı ilə qalib olduğunu bildiriblər.
81 kq qədər çəki kateqoriyasında Nurdauletob Jarmanov və Mixail Dauxalyavets görüşüb.
Üçüncü raunda hakimlər texniki nokautla qələbəni Jarmanova veriblər, bu isə "Astana Arlans"a qələbə gətirib. Boks gecəsi +91 kq ağır çəki kateqoriyasında döyüş ilə bağlandı.
Bu görüşdə azərbaycanlı Arslanbəy Mahmudov və Nurjan Bekzatov görüşüb. Beşinci raunda Bekzatov hokdaunda olub, amma ayağa qalxıb, baş hakim döyüşü saxlamaq qərarına gəlib.
Bu "Astana Arlans"ın xeyrinə olan 3:2 hesabına təsir etməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?