Ermənistanın paytaxtı İrəvanda boks üzrə gənclər arasında dünya birinciliyi start götürüb. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yarışın ilk günündə boksçularımızdan Nəsrəddin Məmmədov (56 kq) rinqə çıxıb. Milli komandamızın üzvü erməni rəqibi Taron Soghomonyana uduzaraq, mübarizəni dayandırıb. İlk raundda rəqib boksçu 7:5 hesabı ilə qalib gəlib. İkinci hissə 5:5 hesabı ilə yekunlaşıb. Həlledici 3-cü raundda 2:6 hesabı ilə uduzan boksçumuz döyüşdən məğlub ayrılıb – 12:18. Sabah 3 boksçumuz rinqə çıxacaq. 52 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədovun 1/32 finaldakı rəqibi norveçlı Hadi Srour olacaq. Görüş axşam seansına nəzərdə tutulub. Gənclər arasında Avropa çempionu Rauf Rəhimov da (81 kq) ilk döyüşünü noyabrın 30-da keçirəcək. Boksçumuz gürcüstanlı Aleksandr Dokvadzeni məğlub etməyə çalışacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?