Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə yüksələn ilk komandanın adı bəlli olub. Apasport-un məlumatına görə, meydan sahibi kimi yarışa birbaşa qatılacaq yığmamızla birlikdə çempionatda iştirak edəcək 15 komandadan birincisi Belçika olub.
Onlar buna elit-raundun 8-ci qrupunun qalibi kimi nail olublar. İsrail, Sloveniya və İsraillə eyni qrupda çıxış edən beıçikalılar dramatik mübarizədə 1-ci olublar.
Belə ki, həm İspaniya, həm də Belçika İsraili 1:0 hesabı ilə məğlub edib, Sloveniya ilə qolsuz heç-heçəyə imza atıb. Son turda üz-üzə gələn rəqiblərin oyununda da qalib müəyyənləşmədiyindən 1-ci yerin taleyinə oyunsonrası penaltilər aydınlıq gətirib. 4:3 hesabı ilə qalib gələn Belçika bu ilin mayında Bakıda baş tutacaq AVRO-2016-ya vəsiqə əldə edib.
Qrup ikincisi olan İspaniyanın vəsiqəsi rəsmiləşməsə də, böyük ehtimalla həlledici yarışa qatılacaq. Çünki 8 qrupda 2-ci yer sahiblərindən 7-si də final mərhələsinə yüksələcək. 5 xala malik İspaniyanın isə ən zəif nəticə göstərib, kənarda qalan komanda olmayacağı daha inandırıcıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?