17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının daha bir rəqibinin yekun heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, Belçika millisinin U-17-lər arasında Bakıda keçiriləcək Avropa çempionatının final mərhələsinə gətirəcəyi futbolçuların adlarını açıqlanıb.
Baş məşqçi Tyerri Siqenin açıqladığı 18 nəfərlik heyətdə “Anderlext”in oyunçuları çoxluq təşkil edir. Belə ki, bu klubun 6 oyunçusu milliyə dəvət edilib. Bundan əlavə, belçikalıların heyətində 6 legioner var. Həmin oyunçular İtaliya, İngiltərə, Hollandiya və Fransada çıxış edirlər. Onlarına arasında “İnter”, “Mançester Yunayted” kimi nəhəng klublarda oynayanlar da var.
Belçika millisinin Bakıya gətirəcəyi heyət belədi: Sebastian Bornau, Milan Korrin, Hann Delkro, Dam Fulon, Mayk Tresor Ndayişimiye, Mil Svilar (hamısı “Anderlext”), Sufian Karkaç, Lui Openda, Dauda Peters, Julyes Vanhake (hamısı “Brügge”), Ksian Emmers, Zinyo Vanhausden (hər ikisi “İnter”, İtaliya), İlyas Muta Sebtaui (“Mançester Yunayted”, İngiltərə), Natanyel Frenoy ("Standard"), Lui Verstrat (“Gent”), Françesko Antonuççi ("Ayaks", Hollandiya), Adrien Bonciovanni ("Monako", Fransa), Tibo Verlinden (“Stok Siti”, İngiltərə).
Qeyd edək ki, Belçika millisi Avropa çempionatı çərçivəsində mayın 5-də Şotlandiya, 8-də Azərbaycan, 11-də isə Portuqaliya ilə qarşılaşacaq
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?