Bu gün futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq.
gundemxeber.az report-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Türkiyənin 3 komandasının da rəqibləri müəyyənləşəcək.
Onların hamısı - Çempionlar Liqasında 3-cü yeri tutaraq Avroliqada yoluna davam edəcək "Beşiktaş", eləcə də Avroliqa qruplarında 1-ci yeri tutan "Fənərbağça" və "Osmanlıspor" səpələnmişlər səbətində yer alıb. "Qəbələ"nin çıxış etdiyi C qrupundan mərhələ adlamış Fransanın "Sent-Etyen" klubu səpələnmişlər, Belçika "Anderlext"i isə səpələnməmişlər səbətindədir. "Qarabağ"ın olduğu J qrupundan yoluna davam edən İtaliyanın "Fiorentina" klubu səpələnmişlər, Yunanıstan PAOK-u isə səpələnməmişlər səbətində qərarlaşıb. 1/16 finalda eyni ölkənin iki komandası, eləcə də Rusiya və Ukrayna komandaları bir-birinə rəqib ola bilməyəcəklər. 16:00. Püşkatma mərasimi
Sorğu
Yeni dizaynımız necədir?