Fransanın Peşəkar Futbolçular Assosasiyası (UNFP) ölkədən kənarda çıxış edən ən yaxşı fransız oyunçunu mükafatlandırıb.
gundemxeber.az goal.az-a istinadən xəbər verir ki, bu nominasiyada "Atletico"nun hücumçusu Antuan Qrizmann birinci olub. O, Kərim Benzema (Real), Dimitri Paye (West Ham United) və Pol Poqbanı (Juventus) qabaqlayıb. Bu mövsüm "Atletico"nun Çempionlar Liqasının finalına vəsiqə qazanmasında müstəsna xidmətləri olan Qrizmann 51 oyunda 21 dəfə fərqlənib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?