İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi "Manchester United"in baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
gundemxeber.az Goal.az-a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının 13-cü turunda "West Ham"lə oyunda Pol Poqbaya verilən sarı vərəqə ilə bağlı qərara sərt şəkildə etirazı portuqaliyalı mütəxəssisin 1 oyunluq cəzalandırılması ilə nəticələnib. Mourinyo həmçinin 16 min funt-sterlinq məbləğində cərimə ödəməli olacaq.
O, ölkə çempionatının 14-cü turunda "Everton"la görüşü buraxacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?