Ermənistan Avropa çempionatında təxribatı ilə daha bir qalmaqala səbəb olub.
gundemxeber.az ANS PRESS-ə istinadən xəbər verir ki, Ukraynada kunq fu və uşu üzrə keçirilən Avropa Çempionatında kütləvi dava qeydə alınıb.
Çaxnaşmanın səbəbi isə azərbaycanlı və erməni idmançıların döyüşü zamanı Dağlıq Qarabağda qurulan separatçı rejimin "bayrağı”nın arenaya gətirilməsi olub.
Erməni idmançı rinqdən kənarda dayanan şəxsə qəfil hücum edib. Bundan sonra erməni nümayəndə qarşı tərəfə hücum edib. Nəticədə Azərbaycan və erməni heyətinin iştirakı ilə kütləvi dava başlayıb.
İdmançılar da daxil olmaqla onlarla insanın iştirak etdiyi davada yarış keçirilən arenanın oturacaqları dağıdılıb.
Sorğu
Yeni dizaynımız necədir?