"Qarabağ"ın futbolçusu Cavid Tağıyev ailə qurub. 24 yaşlı yarımmüdafiəçinin toy mərasimi doğulub boya-başa çatdığı Tovuzdakı şadlıq evlərindən birində keçirilib.
gundemxeber.az sportnet.az-a istinadən bildirir ki, mərasimdə bəyin qohumları, dostları ilə yanaşı, çıxış etdiyi klubun rəhbərliyi və tanınmış futbolçular iştirak ediblər.
Qeyd edək ki, Cavid Tağıyev "Qarabağ"a 2 il öncə AZAL-dan keçib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?