"Barselona" rəhbərliyi müdafiəçi Xavyer Maskeranonu komandada saxlamaq istəyir.
gundemxeber.az qol.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi yaxın günlərdə 32 yaşlı futbolçuya yeni müqavilə təklif edəcək.
Daha öncə komandadan ayrılmaq istədiyi bildirilən argentinalı futbolçunun hansı qərarı verəcəyi maraqla gözlənilir. Hazırda Amerika Kubokunda mübarizəsini davam etdirən Argentina millisinin düşərgəsində olan Maskeranonun klubdakı gələcək taleyinə Barselonaya qayıtdıqdan sonra aydınlıq gələcək.
Qeyd edək ki, 2010-cu ildən "Barselona"da çıxış edən Maskeranonun İtaliyanın "Yuventus" klubuna transfer olunacağı iddia edilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?