Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqasının final mərhələsindəki oyunların tarixi dəqiqləşib.
gundemxeber.az apasport.az-a istinadən bildirir ki, yarımfinalda Yunanıstan yığmasını məğlub edən Faiq Qarayevin yetirmələri Slovakiya ilə ilk qarşılaşmanı səfərdə keçirəcəklər.
Oyun iyunun 30-na təsadüf edəcək. Cavab matçı isə iyulun 3-də Bakıda olacaq. Bu isə o deməkdi ki, Avropa Liqasının kuboku Azərbaycanda öz sahibini tapacaq.
Qeyd edək ki, hələlik görüşlərin başlama saatı açıqlanmayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?