Qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin finalında İspaniyanın "Sevilya" və Portuqaliyanın "Benfika" komandaları qarşılaşıblar. Bu gecə UEFA Avropa Liqasında 2013/14 mövsümünün qalibi məlum olub. Futbol üzrə UEFA Avropa Liqasının final oyunu keçirilib. Həlledici görüşdə İspaniyanının "Sevilya" və Poruqaliyanın "Benfika" klubları qarşılaşıb. İtaliyanın Turin şəhərinin "Yuventus Stadium" stadionunda keçirilən qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Almaniyalı baş hakim Feliks Brixin idarə etdiyi oyunda qalibi müəyyənləşdirmək üçün komandalar daha 30 dəqiqə meydanda mübarizə aparıblar. Lakin əlavə vaxtda da heç bir komanda fərqlənə bilməyib və Avroliqanın yeni qalibini penaltilər müəyyənləşdirib. Bu zərbələri daha dəqiq yerinə yetirən "Sevilya" 8 ildən sonra yenidən Avroliqanın qalibi olub - 4:2.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?