“Keçirdiyimiz yoxlama görüşlərinin hər biri bizim üçün önəmlidi. Amma əsas oyun “Lokomotiv”lə olacaq. Çünki bu, Çempionlar Liqasında (ÇL) startdan öncəki son sınaqdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiyanın “Viktoriya” klubunun baş məşqçisi Roman Pivarnik deyib.
Plzen təmsilçisi Çempionlar Liqasındakı startdan əvvəl sonuncu yoxlama görüşünü bu gün Rusiya “Lokomotiv”inə qarşı keçirəcək.
Klubun rəsmi saytına açıqlama verən “Viktoriya”nın çalışdırıcısı Pivarnik Çempionlar Liqasına hazırlıq barədə danışıb. O, söhbət əsnasında potensial rəqibləri olan “Qarabağ” və “Düdelanj” barədə məlumat topladıqlarını bildirib: “Futbolçularımdan tələb etdiyim oyun elementlərini meydanda görmək istəyirəm. Bunun üçün çalışırıq. Təbii ki, ÇL-dəki potensial rəqiblərimizi izləyirik. Məhz həmin döyüşün hazırlığına başlamışıq. Rəqibdən yaxşı hazırlaşmalı və öz oyunumuzu göstərməliyik. Bunu edəcəyimiz təqdirdə, sevinən tərəf biz olacağıq”
Pivarnik bəzi futbolçularının zədəli olduğunu bildirsə də, bu problemin ÇL-in III təsnifat mərhələsinə qədər aradan qalxacağını vurğulayıb: “Bəzi oyunçularımızın yüngül zədəsi var. Amma ümumilikdə bütün futbolçular məşq edirlər. ÇL-dəki matça qədər heyətin hər bir üzvü 100 faiz hazır olacaq”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?