İyulun 16-da Türkiyədə baş vermiş uğursuz hərbi çevriliş cəhdindən sonra başlayan FETÖ / PDY təmziliyi futboldan da yan keçmədi.
gundemxeber.az goal.az-a istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının bütün komitələri araşdırmanı asanlaşdırmaq üçün istefa verdi. Artıq Mərkəzi Hakimlər komitəsinin 5 üzvü FETÖ / PDY qruplaşması ilə əlaqəsinə görə istefaya göndərilib.
Goal.az xəbər verir ki, çempionatın başlanma tarixinin yubanması şübhələri də meydana çıxıb. Klublar birliyi avqustun 11-də toplantı keçirərək bir sıra məsələləri müzakirə etməyə hazırlaşır.
TFF isə "paralel"lə əlaqəsi olan 105 nəfərlə münasibətini pozub.Onların bölgələrdə fəaliyyət göstərən əsas və yardımçı hakimlər, həmçinin regional komitələrin nümayəndələri olduğu bildirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?