“Çempionlar Liqa”sının ikinci yarımfinal mərhələsi də başa çatıb. “Nou Kamp”da “Barselona”nı 3-0 hesblı ilə məğlub edən “Bavariya” ikinci finalçı olub. “Real”Madridli futbolçuların ardınca, “Barselona” oyunçuları da da bu il “Çempionlar Liqa”sının final görüşünü ancaq ya “Uembli”stadionunda, ya da televizor vasitəsi ilə izləyəcəklər. Onlar İngiltərədə səhnələşdiriləcək “alman tamaşası”na baxacaqlar. Alman klubları yarımfinallarda sadəcə olaraq ispanları finaldan kənarlaşdırmadılar. “Real” dünən öz meydanında yenə 2 qol vurub ümidlərini son saniyəyə kimi saxladısa, “Barsa” sözün məcazi mənasında “alman tank”ı altında qalıb əzildi. “Bavariya”dan səfərdə 4, öz meydanında 3 cavabsız qol buraxması bəlkə də o möhtəşəm “Barselona” futbolunun uçurumdan yıxılan anı idi. Öz rəhmsizliyi,soyuqqanlılığı ilə tarixən ad qoyan almanlar bu gecə də amansız oldular. İki oyunun nəticəsinə görə “Barsa”nın qapısından 7 cavabsız qol keçirən almanları ancaq rəhmsiz və elə alman adlandırmaq olar. Messi isə öz növbəsində komandasının bu acınacaqlı halına ehtiyat oyunçular skamyasından izləməli olub. Bəlkə də baş məşqçi Tito Vilanova komandasının belə uduzacağını qabaqcadan bilirdi və sırf Messinin imicinə zərər verməməkdən ötrü onu sonu məlum olan davaya atmadı. Nəticə etibarı ilə, iki alman klubu finala adladı. İki amansız alman klubunun özləri arasında olan görüşün isə necə olacağını biz mayın 25-də görəcəyik. “Barselona” “ Bavariya” oyununa gəldikdə isə görüşün 48-ci dəqiqəsində Aryen Robben hesabı açıb, 72-ci dəqiqədə Pike öz qapısına baxımlı avtoqol vurub. 4 dəqiqə sonra isə Tomas Müller 3-cü qolu “Barselona”nın qapısından keçirib. Ümumi hesabda 7-0 məğlub olan “Barselona” yarımfinalda qalıb.
Sorğu
Yeni dizaynımız necədir?