Çempionlar Liqasının yarımfinalında ilk cavab oyunu keçirilib. Almaniyanın “Bavariya” klubu doğma “Alyans-Arena”da İspaniyanın “Real Madrid” klubuna biabırçı hesabla məğlub olaraq turniri tərk edib. Xatırladaq ki, bu komandalar arasında ilk görüş aprelin 23-də “Santyaqo Bernabeu”da keçirilib. Həmin görüşdə Kərim Benzemanın vurduğu yeganə qol “Real”a qələbə qazandırıb. Almaniyada keçirilən görüşdə isə “Bavariya” daha böyük hesabla uduzub. Münhenlilər “Alyans-Arena”da qapılarından 4 cavabsız qol buraxaraq turniri biabırçı şəkildə tərk ediblər. Qolları 15 və 20-ci dəqiqələrdə Serxio Ramos və 34 və 90-cı dəqiqələrdə Kriştiano Ronaldo vurub. Beləliklə, “Bavariya” – “Real” - 0:4
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?