"Manchester City"nin baş məşqçisi Xosep Qvardiola növbəti dəfə Kevin de Bruynenin oyununa yüksək qiymət verib. Goal.az xəbər verir ki, katalon mütəxəssis 5 çempionat matçında 3 məhsuldar ötürmənin müəllifi olan yarımmüdafiəçi barədə bunları deyib:
"Kevinin öz oyunundan bizimlə birlikdə həzz aldığına ümid edirəm. Bilmirəm, De Bruyne Premyer Liqada ən yaxşı oyunçudur, ya yox. Onun ən yaxşılardan biri olduğuna şübhə yoxdur. Messi haqqında danışanda onun piramidanın zirvəsində təkbaşına oturduğunu deməliyik. Amma De Bruyne də yaxınlıqdadır".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?