Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında qrup mərhələsinə bu gecə yekun vurulacaq. gundemxeber.az goal.az-a istinadən xəbər verir ki, F qrupunda mübarizə aparan Azərbaycan yığması son görüşündə İranla üz-üzə gələcək.
İki turdan sonra qrup ikincisi olan yığmamızı İranla matçda heç-heçə də qane edir. Rəqibinə uduzmayacağı halda, millimiz qrupu ikinci yerdə tamamlayacaq. Bu halda komandamız 1/8 finalda Tailandla qarşılaşacaq.
Məğlub olacağı halda isə futzalçılarımız qrup üçüncüsü kimi 1/8 finala yüksələ bilərlər. Lakin bu halda 1/4 finala gedən yolda millimiz daha güclü rəqiblə - Braziliya və ya İtaliya ilə görüşəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?