Bu gün Avroliqada yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.
Amsterdamda keçiriləcək final matçının iştirakçılarından birinin “Çelsi” olacağı böyük ölçüdə həll olunub. Belə ki, kuboku qazanmağa əsas namizəd olan londonlular ilk qarşılaşmada, özü də səfərdə qalib gəlməklə böyük üstünlük qazanıblar. Hər halda, “Çelsi”nin öz meydanında “Bazel”ə yeniləcəyi inandırıcı deyil. Digər cütdə isə şanslar bərabərdir. Düzdür, “Fənərbağça” İstanbuldakı qələbə sayəsində həlledici oyuna bir qədər də yaxınlaşıb. Bu isə o deməkdir ki, Portuqaliyada istənilən heç-heçə, hətta səfərdə qol vurmaq şərti ilə minimal fərqli məğlubiyyət türkiyəliləri həlledici matça çıxaracaq. Ancaq nəinki “Benfika”nın, ümumiyyətlə, portuqaliyalıların evdə inamlı təsir bağışladığını nəzərə alsaq, “Fənər”i heç də asan sınaq gözləmir. Hər halda, klubun tarixində ilk dəfə Avropada finala çıxmaq şansının böyük olmağı yaxşı stimuldur.
2 may 00:05. “Çelsi” (İngiltərə) – “Bazel” (İsveçrə) İlk oyun – 2:1
00:05. “Benfika” (Portuqaliya) – “Fənərbağça” (Türkiyə) İlk oyun – 0:1
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?