GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » Fəridə Əzizova: "Yüksək vəzifəlilərdən sevgi mesajları alıram"

Fəridə Əzizova: "Yüksək vəzifəlilərdən sevgi mesajları alıram"

Tarix: 19-09-2016, 20:31 Bölmə :İdman Baxış: 986
Fəridə Əzizova: "Yüksək vəzifəlilərdən sevgi mesajları alıram"

“Balacalıqdan çox dəcəl uşaq olmuşam. Hər zaman oğlanlarla dalaşırdım, futbol oynayırdım. Demək olar ki, oğlanlarla böyümüşəm. Döyüşə hər zaman marağım olub, amma idmana gəlməyimin səbəbi o vaxt səhhətimdə olan problemdir. Həkim qan dövranımın yaxşı hərəkət etməsi üçün daha çox ayaqları hərəkətdə olan bir idman növü məsləhət görüb və mən də taekvondoya yazıldım”.

gundemxeber.az-ın məlumatına görə, bu sözləri “qafqazinfo”ya müsahibəsində yeniyetmələr arasında dünya, gənclər arasında Avropa Çempionu, I Avropa Oyunlarının gümüş medalçısı, Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci qadın taeкvondoçu Fəridə Əzizova deyib.

Fəridə gündəlik həyatı ilə bağlı maraqlı açıqlamalar verib: “Nə makiyaj çəkməyi xoşlayıram, nə də ki bacarıram. Bundan başqa, makiyaja qarşı allergiyam da var. Fotosessiyalara çəkiləndə makiyaj edirlər, sonra 3 gün qaşınıram. Həm də ki, təbii gözəllik daha yaxşıdır. Ətəyi bircə tədbirlərdə geyinirəm. Bilirəm, yaraşmır, xoşlamıram, amma bu öhdəlikdirsə, çalışıram ki, əməl edəm”.

İdmançımızın sözlərinə görə, bəzən insanlar onun adına fikir vermədən, oğlun olduğunu düşünürlər: “İnstaqramda çox şəkil paylaşıram və şəkillər də məşqlərimizdən olur. Adıma heç fikir vermirlər. Elə bilirlər, oğlanam və yaxud qız adı ilə girmişəm. Bəlkə də, bu, dünya görüşünün azlığından irəli gəlir. Axı hamı eyni cür geyinmək məcburiyyətində deyil. Qız saçını kəsdirir, oğlan deyirlər, oğlan saçını uzadır, qız deyirlər. Oğlan stili daha az vaxt tələb edir. Şalvar, kofta bitdi. Həm də bu tərz mənə yaraşır. Mənim bədən quruluşum çox kobuddur. Bizdə elə qızlar var ki, məsələn, Patimat, Günay Ağakişiyeva, idmançı olsalar da, bədən quruluşları incədir. Onlara yaraşır. Amma bizim ailədə genetik olaraq çiyinlər böyükdür, fiziki güclü görünürük. Yaraşmayan bir şeyi geyinib başqa sözlər eşitməkdənsə, yaraşanı geyinib oğlan adlandırılmaq daha xoşdur”.

Fəridə sevgi mesajları almağından da danışıb: “Həddindən çox insan yazır. Mən insanlarla ünsiyyətdə olmağı sevirəm, bu, mənim kənardan görünən səhvlərimi düzəltməyə köməklik edir. Ancaq əfsuslar olsun ki, yazanların çoxu şəxsi maraq güdür. Yəqin ki, fikirləşirlər, idmançıdır, qalib gələndə prezident mükafat, ev verir. Yazanlar sadəcə adi insanlar deyil, tanınmış, yüksək vəzifələrdə olanlardan da sevgi mesajları alıram. Bu səbəbdən məcbur qalıb sosial şəbəkələrdə də münasibətimi nişanlı olaraq qeyd etmişəm. Çünki bu kimi mesajlara yox deməkdən, başqa bir insanın olub-olmadığını izah etməkdən yorulmuşdum”.

Fəridə ona sevgi etirafı edənlərə də zarafatla cavab verib: “Çünki çox vaxt yazırlar ki, digər qızlara oxşamıram və bu, onlara maraqlı gəlib. Amma mən başa düşmürəm, oğlan kimi geyinirəm, davranıram, bir oğlanın oğlan kimi geyinən birindən necə xoşu gələ bilər axı? (gülür)”.

İdmançımız onu sevgi mesajları yazan, tanış olmaq istəyənlər arasında hətta qızların da olduğunu etiraf edib: “Yazırlar qızsız, ya oğlan? Deyirəm, adıma baxın, biləcəksiz. Küçədə gedəndə xoşu gəlib yaxınlaşan çox qız olub. Demişəm ki, mən qızam, çox məyus olublar. İdmançılarımız həmişə mənə deyirlər ki, yarışlarda sən yanımızda gedəndə qızlar bizə baxmır. Düzdür, çox idmançılar tanıyır, ancaq təzə gələnlər bilmirlər. Oğlan idmançılarımızın yanında gedəndə də o qızlar mənə baxır. Onlar da həmişə “bəsdir də Fəridə, bizim yanımızda getmə” deyirlər”.

Fəridə boş vaxtlarında nə işlə məşğul olduğundan da danışıb: “Şəkil çəkdirməyi və çəkməyi sevirəm. Boş vaxtlarımda rolik, velosiped sürürəm, bilyard oynayıram. Daha çox aktiv istirahət edirəm. Həm gələcək fəaliyyətim, həm də marağım böyük olduğu üçün psixoloji, dedektiv kitablar oxuyuram. Mənə görə, psixologiyanı bilmək hamı üçün vacibdir. Bir idmançı kimi mənə bunu demək çətin olsa da, idman bu gün var, sabah yoxdur. Təzə idmançılar gələ bilər, zədə ala bilərik. Bunun üçün də idmançı öz üzərində işləməlidir. Ən azından dünya görüşün, ağlın olmalıdır ki, sən yaşayasan”.

Taekvondoçumuz gələcək planlarından da söz açıb: “21 yaşlı bir gəncin edə biləcəyi çox şeyi etmişəm. Bakıda nə evim, nə də qohumlarım var idi. Tanımadığı insanlarla qalmaq da bir idmançı üçün çox çətindir. Biz vaxtı-vaxtında yatmalı, durmalı, bir sözlə, disiplinli olmalıyıq. Tələbələrlə qalanda da bunu etmək çətin olur. Avropa Çempionu olan zaman prezident mənə ev verdi. Dəfələrlə beynəlxalq yarışların qalibi olmuşam, İdman Akademiyasında oxuyuram. Akademiyanı bitirdikdən sonra hüquq oxumaq istəyirəm, bu, mənim çoxdanki arzumdur. Hüquqlarının tapdanmamasını istəyən hər bir kəs qanun-qaydaları bilməlidir. Daha sonra, polis olmaq istəyirəm”.

Fəridə gələcəkdə ailə qurmasından da danışıb: “İdmanla ailə həyatı çox çətindir. Bu cəhətdən tələsmirəm. Hələ 21 yaşım var və olimpiadadan sonra bu haqda nəsə fikirləşmək olar. Məsələn, Mariya Stadnikin həyat yoldaşı da idmançıdır və bir idmançını ən çox həmkarı yaxşı anlaya bilər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Patrik Hikki Bakı-2015 ilk Avropa Oyunlarını bağlı elan etdi

    Patrik Hikki Bakı-2015 ilk Avropa Oyunlarını ...

    28-06-2015, 18:21

  • 
  • Avropa Oyunlarının büdcəsi açıqlandı

    Avropa Oyunlarının büdcəsi açıqlandı ...

    27-06-2015, 16:00

  • 
  • Soçi Olimpiadasının pul çempionu - Azərbaycan...

    Soçi Olimpiadasının pul çempionu - Azərbaycan... ...

    4-02-2014, 21:19

  • 
  • Olimpiya qalibləri üçün mükafatlar artırıldı

    Olimpiya qalibləri üçün mükafatlar artırıldı ...

    27-05-2014, 09:59

  • 
  • 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarının tarixi açıqlandı

    2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya ...

    30-04-2013, 17:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu