Azərbaycan Güləş Federasiyası İraqda İŞİD-in tərkibində öldürülən güləşçimizlə bağlı açıqlama verib. Lent.az-a danışan federasiyanın mətbuat xidmətinin rəhbəri Mayis Musayev bildirib ki, Ç.Çamsulvarayevin İraqda İŞİD-in tərkibində döyüşməsindən məlumatsız olublar. Onun sözlərinə görə, kariyerasını bitirdikdən sonra güləşçinin federasiya ilə əlaqələri kəsilib və o, ölkəsinə - Dağıstana qayıdıb: "Onun İraqda olduğunu, İŞİD-ə qoşulduğunu bilmirdik".
Federasiya rəsmisi deyib ki, güləşçimizin ölümü barədə onlarda heç bir məlumat yoxdur.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu ilin yanvar ayında İstanbulda Sultan Əhməd məscidi qarşısında törədilmiş və 11 alman turistin ölümü, 15 nəfərin isə yaralanması ilə nəticələnmiş dəhşətli terror aktının icraçısı Diana Ramazanovanı da Çamsulvara Çamsulvarayev İŞİD-ə cəlb edib hazırlayıbmış.
Məlumata görə, 19 yaşlı Diana Ramazanova İnternetdə Türkiyədə yaşayan İdris adlı bir nəfərlə tanış olub. O, valideynləri ilə məsləhətləşmədən Türkiyəyə, İdrisin yanına gedib, burada isə Çamsulvarayevin qayınanası Gülnarə Rüstəmova ilə tanış olub. Həmin vaxt Çamsulvarayev də Suriyadan müvəqqəti olaraq Türkiyəyə qayıdıbmış. Məhz Çamsulvarayevin təsiri altına düşən 19 yaşlı qız "canlı bomba" olaraq Sultan Əhməd yaxınlığında terroru həyat keçiribmiş.
İŞİD-ə yaxın olan media qurumlarının yaydığı məlumata görə, Çamsulvarayev və Məhəmməd Əhmədov sentyabrın 22-də Mosul yaxınlığında pilotsuz təyyarənin zərbəsi nəticəsində öldürülüblər. Onlarla birgə Karaçay-Çərkəzdən olan Abdullah Cay, Abdulhəmid Şişani də həlak olublar.
Məlumata görə, əslən Dağıstanını Sumadi rayonundan olan Məhəmməd Əhmədovun evində onun yas mərasimi keçirilib. 3 gün davam edən mərasimə polis müdaxilə etməyib. Onu da qeyd edək ki, Rusiya mətbuatının iddiasına görə, Çamsulvarayev Dağıstan və Şimali Qafqazdan olan yeniyetmə qızları terror təşkilatına cəlb etmək və onlardan kamikadze hazırlamaqla məşğul olurmuş.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu ilin yanvar ayında İstanbulda Sultan Əhməd məscidi qarşısında törədilmiş və 11 alman turistin ölümü, 15 nəfərin isə yaralanması ilə nəticələnmiş dəhşətli terror aktının icraçısı Diana Ramazanovanı da Çamsulvara Çamsulvarayev İŞİD-ə cəlb edib hazırlayıbmış.
Məlumata görə, 19 yaşlı Diana Ramazanova İnternetdə Türkiyədə yaşayan İdris adlı bir nəfərlə tanış olub. O, valideynləri ilə məsləhətləşmədən Türkiyəyə, İdrisin yanına gedib, burada isə Çamsulvarayevin qaynanası Gülnarə Rüstəmova ilə tanış olub. Həmin vaxt Çamsulvarayev də Suriyadan müvəqqəti olaraq Türkiyəyə qayıdıbmış. Məhz Çamsulvarayevin təsiri altına düşən 19 yaşlı qız "canlı bomba" olaraq Sultan Əhməd yaxınlığında terroru həyat keçiribmiş.
11:01
Güləş üzrə Azərbaycan yığmasının sabiq üzvü Çamsulvara Çamsulvarayev İraqda öldürülüb.
gundemxeber.az apasport.az-a istinadən xəbər verir ki, Çamsulvara İraqda İŞİD sıralarında döyüşürmüş.
O, İraqa getdikdən sonra adını dəyişib və "Al Bara" adını götürübmüş. Çamsulvarayevin həlak olmasını Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.
Bildirilir ki, Çamsulvara Dağıstandan olan başqa bir yaraqlı, "Əbu Zeyd" ləqəbli Məhəmməd Əhmədovla birgə öldürülüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?