"Manchester United"in eks-futbolçusu Memfis Depayın adı PSG, "Fenerbahçe" kimi klublarla hallansa da, hollandiyalı vinger karyerasını "Lyon"da davam etdirəcək. "Lyon"un prezidenti Jan-Mişel Olas son açıqlamasında bildirmişdi ki, PSG son anda Depayı fikrindən daşındıra bilərmiş.
gundemxeber.az goal.az-a istinadən xəbər verir ki, Paris klubunun idman direktoru Patrik Klüyvert isə bunun həqiqətə uyğun olmadığını qeyd edib. Onun sözlərinə görə, Depayın PSG-yə transferindən söhbət belə gedə bilməz.
"Memfisi yaxşı tanıyıram. Onunla danışmışdım. Amma Depayı transfer etməyə çalışmamışam. Onun "Lyon"da oynayacağına çox şadam", - Klüyvert deyib.
Sorğu
Yeni dizaynımız necədir?