Türkiyə Superliqasının 20-ci turunda keçirilən "Bursaspor" - "Fənərbağça" (1:1) oyununda referi hər komandanı penalti ilə cəzalandırsa da, qonaq komanda əleyhinə çıxarılan qərara daha çox etiraz etməkdədir. gundemxeber.az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra əsəbi görünən "sarı lacivərdlilər"in baş məşqçisi Dik Advokaat da qərarı düzgün saymayıb. Holland mütəxəssis fevralın 5-i məğlub etdikləri "Beşiktaş" barədə maraqlı ifadələr də səsləndirib.
"Məncə, penalti yox idi. Oyunçunun qolu bədəninə yapışıbsa, nə etməlidir? Hakim bu qərarı verməyi gözləyirdi. Komandamın çıxışını da bəyənmədim. "Beşiktaş"la "Bursaspor" oyunlarında dəyişən tək şey futbolçularımdır. Topla oynamaq əvəzinə lazımsız şeylər etməyə başladılar. Bəzən ləng oynadılar. Ön xəttə ötürmək vermək əvəzinə özləri nəsə etməyə çalışdılar.
Mən bu ölkədə əcnəbiyəm. Kubok oyunundan sonra verilən qərarları gözləyirdim. Çox təəccübləndim. "Beşiktaş"ın bu dünyada çox dostu varmış. Qərarlara başqa məna verə bilmirəm. Bu gecə 2 xalı hakimə görə itirmədik. Bir əcnəbi olaraq həmin qərarlara məəttəl qaldım".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?