"Stuttgart" almaniyalı yarımmüdafiəçi Kevin Qroskroytsla müqaviləni pozub.
gundemxeber.az goal.az-a istinadən xəbər verir ki, bunun səbəbi onun 2 gün öncə barların birində tələbələr tərəfindən döyülməsidir. Qroskroyts aldığı xəsarətlərə görə xəstəxanaya da aparılmışdı. Onun ayağında da zədə aşkar edilmişdi. Dünən "Stuttgart" nümayəndələri onunla görüşərək 2018-ci ildə başa çatacaq müqaviləyə xitam vermək barədə rəhbərliyin qərarını çatdırmışdı. Qroskroyts klubun rəsmi saytına açıqlamasında baş verənlərə görə peşman olduğunu bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?