Türkiyənin ötən gün Hollandiyada saxlanılan ailə işləri və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Almaniyanın Köln-Bonn hava limanından İstanbula yola düşüb. Nazir Almaniyada bir sıra tədbirlərdə iştirak edən Türkiyənin gənclər və idman işləri üzrə naziri Akif Çağatay Kılıç üçün ayırılan təyyarə ilə qayıdır. Xatırladaq ki, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin eniş icazəsini ləğv etdikdən sonra Fatma Betül Sayan Kaya avtomobillə Almaniyadan Rotterdama gəlmişdi. Nazir onu gözləyən insanlarla görüşmək üçün konsulluğa getməyi planlaşdırırdı. Lakin polis diplomatik missiyaya gedən bütün keçidləri və yolları bağlayaraq ona mane olmuşdu
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?