Almaniya yığmasının əsas qapıçısı Manuel Noyer DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla Bakıdakı qarşılaşmanı buraxmasının səbəbini açıqlayıb.
gundemxeber.az apasport.az-a istinadən xəbər verir ki, ulduz futbolçu zədədən əziyyət çəkdiyini bildirib.
31 yaşlı qolkiper əməliyyat keçirdiyi üçün Bakıya gəlmədiyini söyləyib: "Sol ayağımdan cərrahiyyə əməliyyatı keçirdim. Buna görə də, İngiltərə və Azərbaycanla matçları buraxmalı oldum. Hazırda özümü çox yaxşı hiss edirəm. Klubumda tezliklə kollektivə qoşulmaq üçün əlimdən gələni edəcəm".
"Bavariya"nın həkimləri oyunçunun Bundesliqanın qarşıdakı iki turunu buraxacağını bildiriblər. Lakin Noyerin Çempionlar Liqasının 1/4 final mərhələsində "Real"la ilk görüşə yetişməsi gözlənilir.
Qeyd edək ki, martın 26-da keçirilən Azərbaycan - Almaniya oyunu qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?